Bakıda uşaqlar üçün - PULSUZ ƏYLƏNCƏ

Xəbərlər 6 May 2017 00:00 575
Bakıda uşaqlar üçün - PULSUZ ƏYLƏNCƏ

Mayın 6-da Milli Turizm Təbliğat Bürosu “Park Bulvar” ticarət mərkəzində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün əyləncəli proqram təşkil edəcək.

Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətindən bildirilib ki, Bakı Şopinq Festivalı çərçivəsində saat 12:00-dən etibarən uşaqlar üçün əyləncəli animasiya proqramı, saat 13:00-dən etibarən isə populyar intellektual oyun - "breyn rinq" formatında yarış keçiriləcək.

İştirak ödənişsizdir. Qalibləri hədiyyələr gözləyir. Yarış rus dilində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR