Təyyarəyə verilən yüklərin itməsinin nə qədər xoşagəlməz olduğunu söyləmək artıqdır. Qiymətli, səyahət üçün çox vacib əşyalar, kompüterlər, paltarlar, sadəcə bizə əziz olan əşyalar bir andaca yoxa çıxır. Doğrudur, bəzən itən yüklər tapılır. Amma bəzi hallarda onlardan birdəfəlik əlimizi üzürük.
Bəs təyyarədə yüklərimiz niyə itir? Səbəblər müxtəlifdir:
1. Yükü yenidən yoxlamaq istəyiblər və nəticədə təyyarəyə vaxtında yükləyə bilməyiblər
2. İşçilərdən biri – adətən bunu yeni işçilər edir – çemodanı düzgün olmayan arabaya yükləyib, nəticədə o lazım olan təyyarəyə yüklənməyib.
3. Aviaşirkətin nümayəndəsi çemodana düzgün olmayan yarlıq yapışdırıb.
4. Sərnişinin özü çemodanından əvvəlki yarlıqları vaxparmadığına görə, qarışıqlıq yaranıb və onun yükü başqa təyyarəyə yüklənib.
5. Çemodan yüklərin avtomatik daşındığı transporterin lentində ilişir ə transporter onu düzgün olmayan istiqamətə göndərir – bku adətən resylərin toqquşması zamanı baş verir.
6. Çemodan təyyarəyə gedən yolda yerə düşür – amma bunu görmürlər. Amma bu az-az baş verir.
7. Çemodanın üzərindəki yarlıqqopub düşür, nəticədə sistem onu tanıya bilmir. Ona görə də şirkətlər sərnişinlərə məsləhət görürlər ki, çemodanın üzərində və ya içərisində özləri barədə əlavə məlumat (email, telefon və s.) də saxlasınlar.