“Singapore Airlines” bitki yağı ilə işləyən təyyarəni reysə buraxıb. Belə ki, şirkət tarixində ilk dəfə olaraq bitki ilə işləyən sərnişin təyyarəsini reysə buraxıb.
Seyyah.az xəbər verir ki, SQ31 reysi San-Fransisko şəhərindən Sinqapura gedib. Göyərtədə 206 sərnişin olub. “Singapore Airlines” bu yanacaq növü ilə 12 reys həyata keçirməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, bitki yağından yanacaq kimi istifadəni, hava məkanında ilk dəfə 2015-ci ildə Çinin “Hainan Airlines” aviaşirkəti sınaqdan keçirib. O vaxt sərnişin təyyarəsi Şanxaydan Pekinə uçub.
Mənbə: Turizm.fins