"Çinarlı" hotelinin lisenziyası ləğv edilib

Mədəniyyət və Turizm Nazirliyi bəzi hotellərə və hotel tipli obyektlərə lisenziya verib
Xəbərlər 8 May 2014 00:00 4140
"Çinarlı" hotelinin lisenziyası ləğv edilib
Mədəniyyət və Turizm Nazirliyi bəzi hotellərə və hotel tipli obyektlərə lisenziya verib. Nazirliyin məlumatına görə, bunlar Bakının Dərnəgül qəsəbəsində yerləşən "Clear" mehmanxanası, Şamaxı rayonunun Avaxıl kəndindəki "Qızıldaş" istirahət mərkəzi, Lənkəranın Rvo kəndindəki "Bəşəru" istirahət mərkəzi, "Şəki Olimpiya İdman Kompleksi" mehmanxanası, Lerik rayonundakı "Həyat" istirahət mərkəzi, Bakının Səbail rayonundakı "King Palace" mehmanxanasıdır.

Bununla yanaşı Bakının Xocəsən qəsəbəsində yerləşən "Çinarlı" mehmanxanasına verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.
 
OXŞAR XƏBƏRLƏR