Azərbaycanda yüzlərlə turizm şirkəti var. Bu şirkətlər həm ölkə daxili həm də ölkə xaricinə turlar təşkil edirlər. Hazırda manatın kursunun elə də stabil olmaması turların qiymətinə də təsir edir. Bəs görəsən ötən illə müqayisədə bu il turların qiymətində artım olub?!
Turda.Az şirkətinin meneceri Səidə Abbaszadə istər daxili istərsə də xarici turların qiymətində elə də bahalaşmanın olmadığını bildirdi. S. Abbaszadənin sözlərinə görə, hazırki qiymət fərqi daha çox 2015-ci illə müqayisədə fərqlənir. Lakin 2016-cı illə müqayisədə qiymətlər demək olar ki, eynidir. 2015-ci illə müqayisədə 2017-ci ildə qiymətlərin baha olması isə manatın devalvasiyası ilə əlaqədar olduğu bildirildi.
Daxili turlara gəlincə, S.Abbaszadə bildirdi ki, əksinə onların bəzilərində qiymət azalması müşahidə olunur.
Ötən il 4 gecə 5 günlük İstanbul turunun qiyməti 220-280 dollar arasında dəyişirdisə də bu il bu göstərici 247-300 dollar arasında dəyişir.
Azərbaycanlı turistlərin İstanbuldan sonra ən çox getdiyi istiqamət olan Dubaya tur paketlərin qiymətində də nəzərə çarpacaq artım olmayıb. Ötən il 290 dollara olan turlar bu il 300 dollara olub.
Mənbə: Turizm.fins