Son zamanlar xaricdə təhsilə üstünlük verənlər artmaqdadır. Əsasən Avropa ölkələrinədə təhsili tərci edən abituriyentlərin seçimlərindən biri də İtaliya dövlət universitetləridi. Seyyah.az İtaliyada təhsillə bağlı məlumatları təqdim edir.
İtaliyada dövlət universitetləri arasında əsasən məşhur olanlar Turin, Milan, Balonya və digər dövlət universitetləridir.
İtaliya universitetlərində təhsilə gəlincə isə bu ölkədə bakalavr təhsili almaq üçün 12 illik məktəb təhsili olmalıdır və ya Azərbaycanda universitetin birinci kursunu oxumaq lazım olacaqdır.
Bakalavr təhsili almaq üçün gələcək tələbələrə attestat, transkript, pasport, iki ədəd şəkil olmalıdır. Magistr təhsili almaq istəyənlər isə bakalavr diplomu, diplom əlavəsi, attestat, şəkil, 2 ədəd reference letter və motivation letter təqdim etməlidirlər. Bundan başqa magistr təhsili almaq istəyənlərin diplom balı 80 və ya daha yüksək olmalıdır. Həm bakalavr həm də magistr təhsili almaq istəyənlərin İELTS balı minumum 6 olmalıdır.
İtaliyada təqaüd proqramları üçün tələbələrə il ərzində 5 min avro verilir. Belə ki, ödəniş iki hissəyə bölünür. Dərs ilinin ilk hissəsində 2500 digər ikinci hissənin sonunda 2500 avro ödənilir.
Təhsil şirkətlərindən verilən məlumata görə İtaliyada bir tələbənin ev kirayəsi ilə birlikdə aylıq xərci 500-600 avro təşkil edir.
Mənbə: fins.az