1 İyun 2017-də ilk uçuşunu həyata keçirməyi planlaşdıran Pegasus-un bu planından imtina etdiyi bildirilir.Seyyah.az Marjaya istinadən xəbər verir ki, Türkiyənin aviasiya şirkətləri siyasi səbəblərdən 7 sərhəd qonşusundan yalnız 5-inə Türkiyədən uçuş həyata keçirirlər. Pegasus şirkəti İstanbuldan İrəvana aviareys açmağı planlaşdırırdı.
Pegasus Ermənistana uçuş planını təxirə salıb
Pegasus, 1 İyun 2017-ci il tarixində ilk reysini yerinə yetirəcəkdi. Ancaq 27 Apreldə bu plan təxirə salınıb.
Ermənistan Mülki Aviasiya Administarsiyasının Baş direktoru Sergey Avetisyan Pegasus-un uçuş planından danışıb. Pegasus-a işarə edən Avetisyan, "Sözügedən hava yollarından aldığımız bir mesajda, bəzi texniki problemlərinin ortaya çıxdığı bildirildi. Hava yolu şirkətləri, öz qərarı ilə bazara girirlər" açıqlamasını verib.
Paytaxt İrəvandakı Zvartnost Hava Limanına İstanbuldan birbaşa uçuşlara başlamağı hədəfləyən Pegasus Hava Yollarının hədəfi həftədə 3 dəfə reys həyta keçirmək idi. Ermənistan mətbuatı bununla əlaqədar olaraq reyslərin bazar ertəsi, çərşənbə və cümə olmaqla həftədə üç gün İrəvana keçiriləcəyini yazmışdı
Hazırda Ermənistan vətəndaşları Gürcüstan üzərindən Türkiyəyə səyahət edirlər.
Mənbə: Turizm.fins