Prezident İlham Əliyev Bakıda mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti kimi imzaladığı Sərəncama əsasən,
Azərbaycan idmançıları və onların məşqçilərini İslam Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi onlar üçün yüksək mükafatlar müəyyən edilib. Beləliklə:
1-ci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
2-ci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
3-cü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat veriləcək.