Əhalinin İslam Oyunlarına münasibəti məlum oldu - SORĞU

Xəbərlər 11 May 2017 00:00 652
Əhalinin İslam Oyunlarına münasibəti məlum oldu - SORĞU

Bakı sakinlərinin paytaxtda keçiriləcək İslam Oyunlarına münasibətini öyrənmək üçün “ACT Azərbaycan”  təşkilatı 19 aprel - 1 may tarixlərində Bakı şəhərində sorğu keçirib.

 

Seyyah.az xəbər verir ki, artıq bir gündən sonra uzun zamandır gözlənilən və hazırlıqları gedən IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Builki oyunlar 12-22 may tarixləri arasında Bakıda baş tutacaq. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

 

Rəyi soruşulmuş Bakı sakinlərinin böyük əksəriyyəti IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən xəbərdardır (85 %).

 

Respondentlərin yarıdan çoxu idman oyunlarını televizor qarşısında və ya internet vasitəsilə izləyəcəyini bildirib (58 %). İslamiadada çıxış edəcək komandaları arenalardan dəstəkləyənlər nisbətən azdır (13 %).  Respodentlərin beşdə biri isə idman oyunlarına maraq göstərmir (21 %). Rəyi soruşulanların 8 %-i isə oyunları izləməklə bağlı konkret bir qərara gələ bilməyib.

 

 

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

OXŞAR XƏBƏRLƏR