Xarici səfirliyə viza üçün müraciətə bir dəfə imtina cavabı alanların həmin ölkəyə getmək şansı azalır. Bu barədə xaricə miqrasiya məsələləri üzrə ixtisaslaşmış vəkil İsmayıl Şahtaxtinski bildirib.
«Amerika səfirliyindən bir dəfə imtina almışam. Yenə də müraciət edə bilərəmmi?» sualına cavab verən vəkil bildirib ki, səfirlikdən alınan hər imtina sizin gələcək şansınızı azaldır. Ona görə ilk dəfədən viza məsələləri üzrə ixtisaslaşan bir vəkillə proseduraları etmək məsləhət bilinir: «Amma imtina alınma o demək deyil ki, artıq şansınız yoxdur. Əgər sənədləri düzgün toplasanız, müsahibəyə düzgün hazırlaşsanız yenə də şansınız var».
Mənbə: amerikavekil.com