Turistlər arasında yetərincə məşhur olan Booking.com xidməti bütün dünya üzrə sorğu aparıb. Seyyah.az xəbər verir ki, sual dünyanın ən mehriban ölkəsini müəyyən etmək üçün verilib.
Sorğuda 17 ölkədən yaşı 18-dən yuxarı olan 17 min nəfər iştirak edib. Sorğu aparılan hər ölkədən min nəfər iştirak edib.
Sorğuda ən azı 1 il ərzində adını çəkdiyi ölkənin milli bayramında iştirak etmiş şəxslər suallara cavab verə bilərdilər.
Beləliklə, ən qonaqpərvər ölkə adını Avstraliya qazanıb. Sorğu əsasında formalaşan siyahıda Kanada ikinci, İtaliya üçünçü olub.
Tam siyahı isə belədir:
Avstraliya
Kanada
İtaliya
İspaniya
ABŞ
Tayland
Yaponiya
Fransa
Yeni Zelandiya
Braziliya
Mənbə: Turizm.fins