Azərbaycan təbiətinə görə 109-cu oldu

Xəbərlər 11 May 2017 00:00 1423
Azərbaycan təbiətinə görə 109-cu oldu

Beynəlxalq İqtisadi Forumda ən zəngin təbiəti olan ölkələrin siyahısı açıqlanıb. Seyyah.az xəbər verir ki, siyahını “Travel and Tourism Competitiveness Report” hazırlayıb.

Reytinq 136 ölkə arasında flora və fauna, qoruq zonaları, ekalogiya, həmçinin YUNESKO-ya daxil olan obyektlərə görə müəyyən olunub.

Araşdırma nəticəsində ən zəngin təbiəti olan ölkə Braziliya müəyyən edilib. Siyahıda ikinci yerdə Meksika qərarlaşıb. İlk üçlüyü Kosta-Rika tamamlayıb.

Siyahıda onluqda Peru, Çin, Avstraliya, Tayland, Tanzaniya, İspaniya və ABŞ yer alıb.

 Maraqlıdır ki, təbiətinə və mədəni irsinə görə Ermənistandan qat-qat üstün olan Azərbaycan  naməlum səbəblərdən Ermənistandan geridə qalıb. Belə ki, Ermənistan siyahıda 89-cu olduğu halda Azərbaycan 109-cu yerlə kifayətlənməli olub. Gürcüstan isə sıralamada 106-cı olub.

 

Tam siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiz.

http://reports.weforum.org/travel-and-tourism-competitiveness-report-2017/ranking/#series=TTCI.D.13

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR