Amerikanın böyük şirkətləri burada yenicə işə başlayan stajçıların əməyini adlarına layiq şəkildə qiymətləndirirlər. Belə ki, məşhur Facebook şirkətindəki stajçılar ildə 96 min dollar qazanır. Müqayisə üçün deyək ki, ABŞ-da adi işçinin illik maaşı orta hesabla 51 350 dollar təşkil edir. Amma hər şey o qədər sadə deyil. Belə ki, Facebook və onun kimi digər şirkətlərdə stajçı kimi işləmək üçün çox yaxşı proqramçı olmaq və ya magistr, ya da doktor elmi dərəcəsinə malik olmaq lazımdır.
Beləliklə ABŞ-ın iri şirkətlərində çalışan stajçılar ayda bu qədər əmək haqqı alırlar:
Facebook – 8 000 dollar
Mikrosoft – 7 100 dollar
ExxonMobil – 6 500 dollar
Salesforce – 6 450 dollar
Amazon – 6 400 dollar
Apple – 6 400 dollar
Bloomberg – 6 400 dollar
Yelp – 6 400 dollar
Yahoo – 6 100 dollar
Vmware – 6 100 dollar.