Bakıdaki otellərdə yer qalmayıb

Xəbərlər 12 May 2017 00:00 545
Bakıdaki otellərdə yer qalmayıb

Ciddi hazırlıqlardan sonra artıq Bakıda IV İslam Həmrəylik Oyunları başlayır. Oyunlarla əlaqədar ölkəmizə dünyanın müxtəlif yerlərindən turistlərin axını müşahidə olunur.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Seyyah.az-a deyir ki, İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi bizim üçün böyük üstünlükdür: “Bu oyunlar Azərbaycana olan marağı artırır, həmçinin turistlərin də diqqətini cəlb edir. Amma demək olmaz ki, ölkəmizə turistlərin kütləvi axını bu oyunlara görədir. Bu gün ümumiyyətlə, Azərbaycanın turizm sahəsi turistlər üçün cəlbedicidir”.

“Düşünürük ki, maydan başlayaraq oktyabrın axırına qədər ölkədə böyük sayda ərəb turistin gəlişi müşahidə olunacaq. Eyni qayda ilə Avropa, Rusiya və dünyanın digər yerlərindən də turistlərin gələcəyi gözlənilir. Artıq ölkədəki otellərin 80-90 faizində yerlər tutulub. Nəinki Bakı, həmçinin regionlarda da turist axının bolluğu müşahidə olunur” – deyə o bildirib.

 

Mənbə: Sputnik

OXŞAR XƏBƏRLƏR