Berlin şəhərində yerləşən Şimali Koreyaya məxsus səfirliyin binası hostelə çevrilib. Seyyah.az The Washington Post-a istinadən xəbər verir ki, şimali koreyalı diplomatlar birbaşa hostelin işləməsində iştirak etmirlər.
Onlar yalnız mini-hoteli “City Hostel Berlin”-ə icarəyə veriblər. Booking.com-da verilən məlumata görə, hosteldə 6 nəfərlik otaqda bir nəfərin gecələməsi 22 dollardır. 2 nəfərlik otaqda bir nəfərin gecələməsi isə 70 dollara başa gəlir.
Hostel turistlər arasında qısa müddətdə məşhurluq qazanıb. Belə ki, artıq mini-hotelin doluluq göstəricisi 87% təşkil edir.
Məlumat üçün bildirək ki, Şimali Koreyanın Almaniyadakı səfirliyi 1970-ci ildən fəaliyyət göstərir və zaman-zaman binanın bir hissəsi icarəyə verilib. Həmçinin o da bildirilir ki, yaxın günlərdə Almaniya hökuməti səfirliyi bağlamaq istəyir. Buna səbəb isə Şimali Koreyanın Almaniyadan gəlir əldə edə bilməsinin qarşısını almaqdır.
Mənbə: Turizm.fins