İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb

Əsasən mayın 8-nə planlaşdırılan reyslər təxirə salınıb
Xəbərlər 8 May 2014 00:00 1490
İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb

Əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb. Seyyah.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "Haber7" telekanalı xəbər yayıb.

Məlumata görə, reyslərin təxirə salınmasına səbəb qatı duman olub.

Əsasən mayın 8-nə planlaşdırılan reyslər təxirə salınıb. Reyslərin başqa günə keçirilməsi ilə əlaqədar hələlik məlumat verilmir.

OXŞAR XƏBƏRLƏR