Türkiyədə turistlər qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Xəbərlər 13 May 2017 00:00 622
Türkiyədə turistlər qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Seyyah.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Muğla-Antalya avtomobil yolunun Sakarkeçidi ərazisində baş verib.

Muğla valisi Amir Çiçek mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 17 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını açıqlayıb.

Hadisə yerinə təcili yardım və xilasedici briqadaları cəlb olunub.

Məlumatda həmçinin qeyd olunub ki, yaralılardan üçü xəstəxanaya aparılarkən yolda ölüb. Bununla da ölənlərin sayı 20 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR