İyul-avqust aylarına Soçi hotelləri, tamamilə bron edilib. Seyyah.az Turizm.fins.az-a istinadən xəbər verir ki, bu barədə “Rosturizm” xəbər yayıb.
May və iyun ayı üçün hotellərin 90 faizi tutulub. Ekspertlər bunu bir neçə səbəblə izah edirlər. İlk səbəb dağ xizək turlarına bir çox xidmətlərin daxil olması və paket qiymətlərinin ucuz olmasıdır. Digər bir səbəb kimi isə hotellərin All inclusive keçməsi göstərilir.
Həmçinin o da bildirilib ki, Soçidə dəbdəbəli böyük hotellərlə yanaşı ucuz qiymətlərlə yüksək keyfiyyət təqdim edən 1 000-dən çox mehmanxana fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Soçi rusların ölkə daxili istirahət etdikləri məkanlar arasında birinci yerdə qərarlaşıb.