Bu muzeylərə giriş pulsuz olacaq – SİYAHI

Xəbərlər 15 May 2017 00:00 1505
Bu muzeylərə giriş pulsuz olacaq – SİYAHI

18 may Azərbaycanda bütün dünyadakı kimi Beynəlxalq Muzeylər Günü qeyd olunur. Seyyah.az xəbər verir ki, bu il Muzeylər Gününün mövzusu “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” mövzusuna həsr olunub.

 Beynəlxalq Muzeylər Günündə vətəndaşlar və ölkədə müvəqqəti məskunlaşan əcnəbilər üçün bu muzeylərə giriş pulsuz olacaq:

Azərbaycan Milli İncəsənət Muzeyi

Milli Azərbaycan tarixi Muzeyi

 Miniatür Kitab Muzeyi

Atəşgah Dövlət Tarix-Memarlıq Qoruğu 

Qız Qalası

Qala tarix-etnoqrafiya qoruğu

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu 

 Azərbacan Musiqi Mədəniyyət Dövlət Muzeyi

Nobel qardaşlarının ev-muzeyi

Arxeologiya və Etnoqrafiya Muzeyi  

Azərbaycan Xalça Muzeyi

Heydər Əliyev Mərkəzi

Müasir İncəsənət Muzeyi

Abdulla Şaiqin ev-muzeyi

Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyi

Tövsiyyə görürük ki, ziyarət etməkdən öncə zəng edib muzeylərin iş saatını və detalları öyrənəsiniz. 

 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR