Resepşn, yoxsa “exchange”? – HOTELLƏR NƏZARƏTDƏN ÇIXIB

Xəbərlər 16 May 2017 00:00 1207
Resepşn, yoxsa “exchange”? – HOTELLƏR NƏZARƏTDƏN ÇIXIB

Azərbaycana gələn əcnəbi turistlərin sayının artması yeni bir problem, daha dəqiq desək nöqsan ortaya çıxarıb. Belə ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxanalarda valyutadəyişmə məntəqələrinin olmaması turistlər üçün çətinliklər yaradır. Turizm.fins.az-ın araşdırması bu sahədə digər problemləri də üzə çıxartdı. 

Məlumdur ki, xarici turistlər ölkəyə nağd və yaxud bank kartlarında olan xarici valyuta gətirirlər. Kart vasitəsilə müxtəlif ödənişlərin aparılması və valyutanın milli pula dəyişdirilməsi imkanları turistlərdə daha çox məmnunluğ yaradır, turizm infrastrukturu bununla daha təkmilləşmiş kimi dəyərləndirilir. Buna baxmayaraq, kiçik və orta müəsissələrdə və sair yerlərdə kartla ödənişlərin aparılması hələ də ləngiyir. Bunu Turizm.fins.az-a açıqlama verərkən Hotellər və restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndi bildirib. Bundan başqa Assosasiya rəhbəri bəzi problemlərin olduğunu da bildirdi. 

Məsələn, taksi xidmətində, parkinqlərdə, küçə köşklərində, meyvə-tərəvəz bazarlarında, bəzi əyləncə mərkəzlərində, mədəniyyət ocaqlarında və s. yerlərdə kartla ödəniş etmək mümkün deyil. Digər tərəfdən xarici pulu milli valyutaya çevirmək üçün nəzərdə tutulan valyutadəyişmə məntəqələri və bankomat infrastrukturu da zəifdir. Xüsusilə, qeyri-iş günlərində turistlır valyuta dəyişməklə bağlı ciddi problem yaşayırlar.

Sorğu zamanı maraqlı bir məqam ortaya çıxdı. Turizm.fins.az hotellərdən əldə etdiyi məlumata görə, heç bəzi 5 ulduzlu mehmanxanalarda belə pul dəyişmək üçün bankomatlar yoxdur. Misal üçün  5 ulduzlu “Ramada Baku hotel”də pulu receptionda dəyişmək olar. Digər bir məşhur hotel olan “Excelsior hotel and spa Baku”-da da pulu receptionda dəyişmək olur. Əlaqə saxlanılan digər hotellərdə isə valyuta dəyişməyin mümkün  olmadığı bildirildi.  4 ulduzlu “Boulevard hotel” və “Swan hotel”də bu cür mehmanxanalar sırasından idi.

Bəs resepşn valyuta dəyişmək qanuna uyğundurmu? Bu məsələlərə cavabdeh olan qurumlar nəzarəti necə təşkil edir?

Məsələ ilə bağlı açıqlama verən hüquqşunas Əkrəm Həsənov ölkə qanunvericiliyinə görə hotellərdə resepşn valyuta dəyişilməsinin yolverilməz olduğunu və bunun qanunla qadağan olunduğunu bildirdi.

Hotellər və restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi isə bildirib ki, mehmanxanalarda bankomatların və ya “exchange” fəaliyyətinin vacibliyi haqda Banklar Assosiasiyasına rəsmi müraciət ediblər. Lakin cavab ürəkaçan olmayıb.

S.Dübəndi ölkəmizdə yalnız bəzi brend hotellərdə valyuta dəyişmə bankomatlarının olduğunu bildirdi. O hotellərdə pul dəyişmə və ya bankomatların olmasının vacib amil hesab etdiyini bildirdi. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR