AZAL-ın ziyanı sürətlə artır

Xəbərlər 8 May 2014 00:00 972
AZAL-ın ziyanı sürətlə artır

2013-cü ildə hava nəqliyyatında sərnişin daşınması aviaşirkətlərə 35 mln. 165 2 min manat ziyan vurub. Bu, əvvəlki ildəkindən 5,7% çoxdur. Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər ki, aviaşirkətlərin gəlirləri 262,4 mln manat olub. Bu, 2012-ci ildəkindən 16,3% çoxdur. Şirkətlərin sərnişin daşınması xərcləri 15% artaraq 297,6 mln manat olub.

Ötən il “Turan Air” şirkəti fəaliyyətini dayandırıb. Beləliklə, özəl sektoru bir şirkət - “Silk Way Business Aviation” MMC təmsil edir. 2013-cü ildə aviaşirkətlər 1 milyon 665 min 600 sərnişin (+4,2%) daşıyıb.

DSK-ya görə, 2013-cü ildə  sərnişin daşımalarının 0.4%-i özəl şirkətlərin payına düşüb.

DSK-ya görə, 1996-2013-cü illərdə Azərbaycan aviaşirkətlərinin sərnişin daşımaları üzrə maliyyə itkiləri 418,6 mln manat olub. Bu illərdə aviasiyaya investisiyalar 1,4 mlrd manat olub.

Müqayisə üçün deyək ki, “Air Astana” (Qazaxıstan) aviaşirkəti 2012-ci ildə 9,1 mlrd tenge (2012-ci ildə 1 ABŞ dolları 149 tenge olub) xalis mənfəət əldə edib. Aviaşirkətin ötən ilin əvvəli üçün bölünməmiş mənfəəti 40 mlrd tenge təşkil edib.  

Silk Way Business Aviation aviaşirkəti 2007-ci ildə yaradılıb. Aviaşirkətin kommersiya istismarında Gulfstream  G550, Gulfstream  G450, Gulfstream G200, Boeing 727, ATR-42-500 və 2 yeni Gulfstream  G280 var. 2015-ci ildə şirkət Gulfstream-dən daha 2 G650 təyyarəsi alacaq.

AZAL-ın aviaparkında 7 Airbus A-320, 4 Boeing-757-200, 3 Airbus A-319, 2 Airbus A-340 və 2 Boeing-767-300ER var.

"Marja"

 

OXŞAR XƏBƏRLƏR