Rixos Quba-da konsert keçiriləcək – QİYMƏTLƏR

Xəbərlər 17 May 2017 00:00 1647
Rixos Quba-da konsert keçiriləcək – QİYMƏTLƏR

27 mayda “Rixos Quba” hotelində İsveçin məşhur "Kölgələrin rəqsi" qrupu konsert proqramı ilə çıxış edəcək. Qrup kölgələrlə unikal təsvirlər yaradır. Məlumat üçün bildirək ki, 27 may tarixinə mehmanxanada boş nömrə qalmadığından hoteldə qonaqlamaq mümkün olmayacaq. Lakin konsertdə iştirak etmək istəyənlər heç də məyus olmasınlar. Belə ki, hoteldə qalmadan da konsertə bilet almaq olar. Bu zaman 60 manat ödəmək lazım olacaqdır. 

Həmçinin yay mövsümünün əvvəlində adı çəkilən hotel, daha bir konsertə ev sahibliyi edəcək. 

“Rixos Quba” hotelində iyunun 17-də əcnəbi qrupun iştirakı ilə konsert proqramı baş tutacaq. Mehmanxanadan seyyah.az-a verilən məlumata görə, hotelin qonağı rusiyalı “Serebro” qrupu olacaq.

Konsertə biletlərin qiyməti 100 manatdır. Lakin əlavə ödəniş etməklə də hoteldə qonaqlamaq olar. Biletlər üç cürdür. Gold paket biletin qiyməti otaq bronlaması ilə birlikdə 270 manatdır. Bu qiymətə həm bir gün hoteldə qonaqlamaq olar, həm də konsertə tamaşa mümkündür. Həmçinin, qiymətə səhər yeməyi, spa xidmətlər və kanat daxildir.

Digər təklif olunan premium paketdir ki, bunun da qiyməti yalnız bilet 130 manatdır. Otaq bronlaması ilə birlikdə isə 300 manatdır. Bu qiymətə də yuxarıda sadalanan xidmətlər daxildir.

Qonaqlara, həmçinin, VİP paket də təqdim edilir. Əgər yalnız VİP bilet alınsa, bu zaman 150 manat ödəmək lazım olacaq. Otaq bronlaması ilə birlikdə isə paketin qiyməti 320 manatdır.  

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR