Milyonlar qazana bilərdik, amma … - ARAŞDIRMA

Xəbərlər 17 May 2017 00:00 654
Milyonlar qazana bilərdik, amma … - ARAŞDIRMA

Çinlilər hazırda bütün dünyada ən çox maraqla gözlənilənilən turistlərdir. Bunu statistikdan da aydın görmək olar. Turizm.fins.az-ın beynəlxalq turizm təşkilatı UNWTO-ya istinadən məlumatına görə, 2013-ci ildə Çinli turistlər xarici ölkələrə səyahətə 129 milyon dollar xərcləyiblər.

Qeyd edək ki, bu vaxta kimi ən çox pul xərcləyən turistlər kimi liderliyi ABŞ-dan olan turistlər edirdisə də sonradan bu rəqəm çinlilərin xeyrinə dəyişib. Belə ki, çinli səyyahların xərcləri hər il fantastik surətlə artır.

UNWTO-nın 2016-cı il üçün açıqladığı statistikada da çinlilər ən əliaçıq turist adını qazanıblar. Belə ki, 2016-cı ildə Çinli turistlər səyahətə 261 milyard dollar xərcləyiblər. Bu rəqəmlər hər il artmaqda davam edir. Bəs görəsən  Azərbaycana nə qədər Çinli turist gəlir və ya onların ölkəmizə gəlmələri üçün hansı işlər görülür?

Mədəniyyət və Turizm Nazirliyindən seyyah.az-a verilən məlumatdan belə məlum oldu ki,  çinlilər Azərbaycan haqqında məlumatı sərgidən-sərgiyə öyrənə bilirlər. Bir də  əgər hansı çinli səhər yuxudan durub Azərbaycan haqqında fikirləşsə onda girib google-dən məlumat oxuyacaq.

Statistikaya görə, 2016-cı ildə ölkəmizə 7 363 nəfər çinli turist gəlib.

Məsələ ilə bağlı Turizm.fins.az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycanı Çində yetərincə təbliğ etmək üçün adıçəkilən ölkədə təbliğat bürosunun açılmasına ehtiyac olduğunu bildirdi. Bundan başqa, Çində Azərbaycan turizm şirkətlərinin fəaliyyət göstərməsinin vacib olduğunu qeyd etdi.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov isə Turizm.fins.az-a açıqlmasında bildirdi ki, yaxın gələcəkdə çinli turistlərin ölkəmizə marağı artacaq. Amma bunun nə vaxt və hansı yolla olacağını açıqlamadı.

Məlumat üçün bildirək ki, çinli turistlərin ən çox səfər etdikləri ölkələrdən biri də şimal qonşularımız olan Rusiyadır. Təkcə ötən il Çinli turistlər Rusiyada 2.5 milyard dollar xərcləyib. Bu məbləğdən 1 milyardını  çinlilər təkcə Moskva şəhərində xərcləyiblər.

Araşdırmalardan o da məlum olub ki, çinlilər səyahət zamanı ən çox pulu  şopinq, restoran və yaşayış yerlərinə xərcləyirlər. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR