Mayın 18-də ən bahalı restoran açılacaq-bir nəfərlik yemək 1700 dollar

Xəbərlər 10 May 2014 00:00 1055
Mayın 18-də ən bahalı restoran açılacaq-bir nəfərlik yemək 1700 dollar

Aralıq dənizindəki Balear arxipelaqına daxil olan İbisa adasında dünyanın ən bahalı restoranı işə başlayıb. Məlumata görə, Playya den Bossada açılmış yeni "Hard Rock Hotel"dəki "Sublimotion" restoranında nahar və ya şam etmək istəyən şəxs ən azı 1700 dollar ödəməlidir.


Restoranın baş aşpazı Pako Ronseronun dediyinə görə, müxtəlif inqradient və dadların sublimasiyasından ibarət 20 təamlıq menyu hər müştəriyə təqdim olunur. Restoran mayın 18-də tam fəaliyyətə başlayacaq. İspaniyanın ən məşhur aşpazının sözlərinə görə, İbisada gələn ayda 300 yerlik "Estado Puro" adlı lüks restoran da açılacaq.

OXŞAR XƏBƏRLƏR