Endirimlərin 90%-i özümüzə qalıb - ŞOPİNQ FESTİVAL

Xəbərlər 17 May 2017 00:00 597
Endirimlərin 90%-i özümüzə qalıb - ŞOPİNQ FESTİVAL

10 aprel-10 may tarixlərində Bakıda keçirilən ticarət festivalının iştirakçılarına Vergilər Nazirliyi tərəfindən 1 milyon 533 min manat vəsait qaytarılıb.

“Festival çərçivəsində dövriyyənin ümumi məbləği 15 milyon 471,805 min manat, alıcılara qaytarılmış məbləğ isə 1 milyon 533,005,7 min manat təşkil edib”, - deyə məqalədə bildirilir.

Qeyd edək ki, mədəniyyət və turizm naziri festivaldan əvvəl Əbülfəz Qarayev “İlkin hesablamalara görə, iki "Shoping festival"ın keçirilməsi dövlət büdcəsinə təxminən 50 milyon manat məbləğində gəlir gətirə bilər” deyə bildirmişdi.

 

1734 XARİCİ

Ticarət festivalı ərzində alınmış mallara görə 172 obyektdə 22,112 min elek­tron vergi hesab-fakturası tərtib edilib, onlardan da 20,853 mini Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Endirimlərdən istifadə edənlərin 90%-i yerli vətəndaşləar olub. Belər ki, təsdiqlənmiş hesab-fakturaların 19,119 mini Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.

“Mal alarkən ticarət festivalını deyil, “tax free”  sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub”, - deyə məqalədə qeyd edilir.   

Mənbə: Marja.az, seyyah.az 

OXŞAR XƏBƏRLƏR