ABŞ-da biznes qurmaq çətin deyilmiş - MÜSAHİBƏ

Xəbərlər 17 May 2017 00:00 2775
ABŞ-da biznes qurmaq çətin deyilmiş - MÜSAHİBƏ

ABŞ-da buznesə başlamaq asandırmı? Bunu etmək istəyənlər hansi mərhələlərdən kecməlidir və bunun üçün nə qədər vəsait tələb olunur?  Bu barədə Sualları ABŞ-da fəaliyyət göstərən vəkil İsmayıl Şahtaxtinski cavablandırır

 

– ABŞ-da şirkət açmaq üçün orda olmaq lazımdırmı?

– ABŞ qanunvericiliyi xarici vətəndaşlara ABŞ-da şirkət açmaq, biznes qurmaq və ya mülk sahibi olmağı məhdudlaşdırmır. Başqa cür desək, istənilən ölkənin vətəndaşı ABŞ-da biznes qura və şirkət, o cümlədən əmlak əldə edə bilər. Bunun üçün yalnız ABŞ-da lisenziyası olan səlahiyyətli hüquq firmasının xidmətindən istifadə etmək lazımdır.

 

– Bəs ABŞ-da hansı növ müəssisəni qeydiyyatdan keçirmək olar?

– ABŞ-da, əsasən, qeydiyyat keçirilən müəssisə tipləri bunlardır: Korporasiya, Tərəfdaşlıq, Məhdud Məsuiyyətli Cəmiyyət. Əlbəttə ki, bir də özəl sahibkarlıq (Sole Proprietor). Ancaq SP-nı qeydiyyatdan keçirməyə ehtiyac yoxdur.

 

– Qeydiyyat üçün nə qədər nizamnamə kapitalı tələb olunur? 

– Sığorta kompaniyalarından, banklardan və digər bu tip bizneslərdən başqa sahibkarlıq subyektlərinin ABŞ-da qeydiyyatı üçün minumum belə nizamnamə kapitalı tələb olunmur, hətta ABŞ-da müəssisəni heç bir ilkin kapital olmadan da təsis etmək mümkündür. Ancaq təbii ki, kompaniyanın qeydiyyatı üçün xərc çəkməlisiniz. O cümlədən, gələcəkdə iş planlarınızdan asılı olaraq, biznes xərcləri də yaranacaq.

 

– ABŞ-da müəssisə təsis edən xarici vətəndaşlar çoxdurmu?

– Əlbəttə, özü də təkcə xarici vətəndaşlar yox, digər ölkələrdə aparıcı hüquqi şəxslər də ABŞ-da müəssisə yaradırlar. Onların çoxu bu gün heç də öz bizneslərini tamamilə ABŞ-a köçürməyi planlaşdırmır.


– Əgər onlar bizneslərini ABŞ-a köçürmək niyyətində deyillərsə, onda niyə qeydiyyatdan keçirlər?

– Müxtəlif səbəblərdən. Bəzi şirkətlər işgüzar görüşlərini Amerika kompaniyası adından aparmağa üstünlük verir. Bu onlara etibar, nüfuz qazandırır, üstəlik, ABŞ qanunvericiliyi ilə müdafiə olunur. Yəni, sizin kompaniya burda qeydiyyatdan keçir və ABŞ şirkəti olur, bu ölkənin məhkəmələri və qanunvericiliyi tərəfindən qorunur. Məsələn, post-sovet ölkələrindən birində yaşayan sahibkar əhəmiyyətli  sövdələşmə qabağı şirkətinin filialını və ya yeni müəssisəsini tez bir vaxtda, çətinlik çəkmədən ABŞ-da qeydiyyatdan keçirməkl işgüzar danışıqları zamanı Amerikanın məhkəmə sisteminin müdafiəsinə söykənə bilər. Gələcəkdə ABŞ-a investisiya qoya və ya öz biznesini bura köçürə bilər.

Bundan başqa, biznesmen ABŞ-a biznes yolu ilə immiqrasiya edə və ailəsini də gətirə bilər. ABŞ-a biznes yolu ilə immiqrasiyanın bir neçə növü var və ətraflı məlumarı saytımızdan almaq olar:

 

– Yəqin ki, bəzi sahibkarlar ABŞ-da vergi yükündən narahatdırlar.

– ABŞ-da qeydiyyatdan keçən şirkət avtomatik vergiyə cəlb olunmur. Birincisi, Amerikada vergi təmiz gəlirə tətbiq olunur. Bundan başqa, əgər sahibkar ABŞ vətəndaşı deyilsə və şirkətin gəlir mənbəyi  ABŞ-da deyilsə, ola bilsin ki, gəlirə Amerika tərəfindən vergi qoyulmasın. ABŞ və bir çox ölkə arasında ikili vergi tutulmaması ilə razılaşma var. Vergilərlə bağlı ətraflı məlumatı vergilər üzrə mütəxəssislərdən almaq olar. Bizim hüquqi firmamız ABŞ-da belə mütəxəssislərlə sıx əməkdaşlıq edir və arzuedənləri onlarla əlaqələndirə bilərik.

 

– Cəlbedici səslənir, bəs ABŞ-da şirkət yaratmağın xərci nə qədərdir?

– Qeydiyyat üçün dövlət rüsumu ştatdan-ştata dəyişir. Adətən, bu rəqəm 200-500 dollar civarında olur. Müəssisənin qeydiyyatı üçün göstərdiyimiz hüquqi xidmətin dəyəri isə bir çox faktordan asılıdır. Biz bunu vəkillə konsultasiya zamanı müəyyənləşdirə bilərik. Adətən, 3 min dollara başa gəlir və özündə aşağıdakıları ehtiva edir:

1) Qeydiyyat üçün stat və müəssisə seçimində köməklik;

2) ABŞ-da şirkət qeydiyyatı üçün sənədlərin hazırlanması;

3) Təşkilatın korporativ faylının və korporativ möhürünün hazırlanması;

4) Şirkətin nizamnaməsinin hazırlanması  (Operating Agreement/Bylaws);

5) Federal Vergi Xidmətində (İRS) qeydiyyat və vergiödəyicisinin identifikasiya nömrəsinin alınması;

6) ABŞ-dakı şirkətin cavabdeh şəxsi üçün etibarnamənin hazırlanması;

7) Bank seçimi və bank hesabının açılması;

8) Növbəti hüquqi məsələlərlə bağlı instruksiyanın hazırlanması;

 

– Müştərilər konsultasiya üçün sizinlə necə əlaqə saxlaya bilərlər?

– Biz xarici vətəndaşlar üçün konsultasiyanı Skype vasitəsilə və ya telefonla aparırıq. Bu xidmətin qiyməti 100 dollardır. Konsultasiya təyin etmək istəyənlər bu vəsaiti ya saytımız vasitəsilə ödəyə və qəbzi email-lə bizə göndərə bilərlər. Əməkdaşlarımız sizinlə əlaqə saxlayıb vəkillə konsultasiya günü təyin edəcək. Ancaq müştəri ABŞ-dadırsa, biz böyük məmuniyyətlə onu ofisimizə dəvət edirik. Ofisimiz ABŞ-ın çox gözəl regionunda- Vaşinqtonda yerləşir.

 Mənbə: amerikavekil.com

 

OXŞAR XƏBƏRLƏR