Turistləri sevməyən şəhərlər açıqlandı – SİYAHI

Xəbərlər 18 May 2017 00:00 655
Turistləri sevməyən şəhərlər açıqlandı – SİYAHI

Qonaqları sevməyən şəhərlərin adları məlum olub. Seyyah.az “The Independent” dərgisinə istinadən məlumat verir ki, turistləri heç sevməyən ABŞ-ın Arlinqton şəhəridir. Həmin şəhər Texas ştatında yerləşir.

Siyahının ikinci pilləsində isə İtaliyanın Çinkve-Terre parkıdır. Bu parka 2015-ci ilin yayında 2.5 milyon turist səfər edib. Parka səyahət pullu olduqdan sonra belə yenə də turistlərin qarşısını almaq mümkün olmayıb. Məhz buna görə də parka giriş qadağan edilib.

Qeyd edək ki, adıçəkilən park YUNESKO-nun milli mədəni irsinə daxil edilib.

İlk üçlüyü Yunanıstanın Santorini adası tamamlayır. Hər gün bu adaya dəniz vasitəsi ilə 10 min turist gəlir. Qəbul olunan qaydadan sonra bura hər gün 8 min turistə səfər etməyə icazə veriləcək. Siyahıda həmçinin Yaponiyanın Onsen mənbələri,  Amsterdam, Barselona, Butan və Taylandın Ko-Kay adasının adları da yer alıb. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR