“Malibu” mövsümə hazırdır - YENİ XİDMƏT VƏ YENİ QİYMƏTLƏR

Xəbərlər 10 May 2014 00:00 4769
“Malibu” mövsümə hazırdır - YENİ XİDMƏT VƏ YENİ QİYMƏTLƏR

Azərbaycanda turizm mövsümünə start verilib. Həftə sonlarında ölkə vətəndaşlarının regionlara axını başlayıb. Turistlərlə yanaşı, istirahət mərkəzləri də yeni mövsümə hazırlıqlarını başa çatdırıblar. Ölkənin ən məşhur istirahət mərkəzlərindən biri  - Xaçmazın Nabran qəsəbəsində yerləşən "Malibu"da isə dəyişikliklər daha çoxdur. Ötən mövsümdən fərqli olaraq mərkəzin menecmenti dəyişib - indi burada daha peşəkar komanda çalışır. Müştərilər bu yeniliyi həm istirahət məkəzindəki xidmətlərin keyfiyyətində, həm də qiymətərdə hiss edəcək. Bunu səyyah.az-a müsahibəsində “Malibu” İstirahət Mərkəzinin direktoru Cihan Ateşgöz bildirir:

 

- “Malibu” istirahət mərkəzini bu mövsümdən icarəyə götürmüşük. İstirahət mərkəzində bütün xidmətlərdə yeniliklər edəcəyik. Bunun üçün əvvəlcə Azərbaycan əhalisinin tələbatlarını öyrənməyə çalışırıq, yəni onlar tətildə daha çox nəyi istəyirlər. Türkiyədəki otelçiliklə buradakı otelçilik fərqlidir. Çünki, Türkiyədə bir otelə 15-20 millətdən nümayəndələr gəlir. Biz onların tələbatlarının ortaq bir nöqtəsini tapıb, ona uyğun xidmət göstəririk.  Həm yeməkdə, həm servisdə, həm animasyonda və digər xidmətlərdə hamının ürəyincə ola biləcək ortaq nöqtə tapırıq.


Lakin, bu ölkədə insanların tələbatını yalnız burada yaşayaraq görə bilirik. Nabranda bir sıra çatışmazlıqlar görürük. Bunlar servis, yemək və təmizliklə bağlıdır. Bunları aradan qaldırmaq üçün tədbirlər görürük. Bura Türkiyədən işçilər gətirmiçik. Aşbaz və digər iki nəfər işçi gətirilib. Mətbəxdə bir Azərbaycanlı aşpaz və əvvllər türklərlə işləyən iki digər aşpazlar da var.

 


- Bu mövsümdən “Malibu” da hansı yeniliklər olacaq?

- Buranı icarəyə götürdüyümüz iki aydır. Arıq bir sıra təmir işləri görmüşük və yay sezonunu açmışıq. Obyekti işlətdikcə, insanlıafın bütün tələbatını öyrənə biləcəyik. Məsələn, Antaliyada otleldə olan qonaq oteldən çıxmayaraq dənizdən, hövuzdan istifadə edə bilirlər. Biz burda da buna nail olmaq istəyirik. Amma ilk əvvəl görüləcək başqa işlər var. Çalışdıq ki, ilk əvvəl mətbəxi və servisi təkmilləşdirək. Əvvəlki mətbəxdən əsər-əlamət qalmayıb. Bütün avandanlıqları dəyişmişik. “İsveç stolu" tərzinə keçmişik.

 

- Nəyə görə məhz "İsveç masası"?

- “İsveç masası" üsulu servisdəki bəzi problemləri aradan qaldıracaq. Çünki nahar vaxtı istirahət mərkəsində 120 nəfər insan varsa, onların hər birinə cəld və yüksək səviyyədə xidmət göstərmək çətindir. Çünki, eyni zamanda mətbəxə müxəlif yemək sifarişləri daxil olur. Servisdəki problemlər eləı bundan qaynaqlanır. 50 ofisiant da olsa, yenə gecikmələr baş verərək. "İsveç masası"nda isə istənlən şəxs, istənilən yeməyi özü götürəcək - buna vaxt itirmək lazım olmayacaq.

 

- Mətbəxtdə əsasən, hansı yeməklır üstünlük təşkil edəcək, türk, yoxsa Azərbaycan?

- Biz türk dadı ilə Azəri dadını qarışdırmışıq. Müşrərilərimizin istəklərinə görə. Yemək çeşidlərini artırmışıq. Hər gün 6 çeşiddə isti, 10 çeşiddən çox da soyuq yeməklər, şirniyyat və meyvə olacaq. Hər bir insanın damaq dadı başqadır. Çalışırıq ki, hər kəs özünün ağız dadına uyğun yemək yeyə bilsin. Burada pəhriz saxlayan insanlar, uşaqlar da nəzərə alınıb.

 

- Qiymətlıər necə olacaq? “İsveç” masasından çeşidli yeməklər götürən bir nəfər nə qədər pul ödəməli olacaq?

- Biz bu qiymətlıəri müəyyən etmişik. Bir nəfərin səhər və axşam yeməyi birlikdə 15, günorta yeməyi 10 manata başa gələcək. İnsanlar bu qiymətə isti, soyuq yeməklər, salatlar, şirniyyat və meyvə yeyə biləcəklər. Hər dəfə, ümumilikdə, 20 növə yaxın yemək təqdim ediləcək.

 

- İstirahət mərkəzində nə qədər kottec var və eyni anda nə qədər qonaq qala bilər?

- 4 məhəllədə 50 kotec var. Eyni zamanda 280 nəfər qonaq qala bilir.

 

- Koteclərin qiymətləri haqda məlumat verərdiz.

- İki nəfərlik koteclər 40, dörd nəfərliklər 80, altı nəfərlik 120, 8 nəfərliklər isə 140 manatdır. Bir nəfər üçün 20 manat düşür. Bu bütün insanların istirahəti üçün normal qiymətdir.

 

- Hovuzlar nə vaxt istifadəyə açılacaq?

- Burada iki hövuz var. Onlarda təmir işləri aparılacaq. Təmirdən sonra, tez bir zamanda istifadəyə verəcəyik.

 

- “Malibu”da uşaqların əyləncəsi üçün hansı imkanlar var?

- Uşaqlar üçün nəzərdə turulan bir çox işlər var. Burada onlar üçün gün boyu animasyon həyata keçiriləcək. Bunun üçün 6 nəfərlik bir qrup yaratmışıq. Uşaqlara aid müxtəlif əyləncəli proqramlar olacaq. Mərkəzdə uşaqlar üçün ayrıca bir hövuz var. Hovuzda çimmək istəyən uşaqlar üçün həm təlimlər, həm də əyləncəli oyunlar nəzərdə tutulub. Onlar üçün rəsm çəkə, yarışmalarda iştirak edə biləcəklər. Biz sözlə, valideynlər övladlarını animasyon qrupa təhvil veribrahat şəkildə istirahət edə bilərlər. Lap körpə uşaqlar da nəzərə alınıb. Onlara qulluq etmək üçün iki uşaq baxıcısı ayrılıb. Ümimiyyətlə, biz buraya ailəvi istirahətə gələnlər üçün hər bir şəraitin olmasını istəyirik. Bundan başqa, mərkəzdə internet xidmətlrəri, fitnes, valiybol, brilyard, tennis oyunları üçün lazımı şərait var.

 

- Gənclər üçün diskoteka imkanları olacaqmı?

- Əlbəttə. Diskotekada hər axşam dj-lər olacaq. Ayda bir-iki dəfə də xarici ölkələrdən dj-lər dəvət ediləcək. Eyni zamanda, canlı musiqi də olacaq. Türk müğənnilərin də burada çıxışlarını  təmin edəcəyik. 

 

- Bu istirahət mərkəzinə gəlmək üçün nə qədər əvvəl yer sifariş etmək lazımdır?

- Biz hələ birinci mövsümdür ki, buradayıq. Öyrəndiyimizə görə, mərkəzə qonaqların ən çox gəldiyi vaxtlar iyul, avqust aylarıdır. Həmin vaxtlar yer almaq üçün 3-4 gün qabaqcadan sifariş vermək lazım gələcək.  

 

OXŞAR XƏBƏRLƏR