Xəzər Turizm MMC işçi axtarır - VAKANSİYA

Xəbərlər 21 May 2017 00:00 1118
Xəzər Turizm MMC işçi axtarır - VAKANSİYA

Şirkətin adı: Xəzər Turizm MMC

Vəzifə: Baş Mühasib

Yerləşdiyi yer: Xaçmaz rayonu

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

"Synergy Group" MMC-nin törəmə şirkəti olan “Xəzər Turizm” MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Vəzifə öhdəlikləri:

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;
• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;
• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir; 
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Kommersiya müəssisələrində (otel sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
• İdarəetmə  və vergi uçotu üzrə biliklər;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını mükəmməl  bilməli; 
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

Bu vəzifə ilə əlaqədar müraciət edərkən, zəhmət olmasa, şəxsi məlumat xülasəsini  (CV)  hr@synergygroup.az elektron ünvanına göndərin. Müraciət etdiyiniz vəzifənin adını (Baş Mühasib) müraciət məktubunun mövzu bölməsində qeyd edin. Yalnız seçilmiş namizədlərlə (CV-ləri bütün tələblərə cavab verən) əlaqə saxlanılacaq. 

OXŞAR XƏBƏRLƏR