Bu gün qatarlar pulsuz olacaq - YENİLİK

Xəbərlər 22 May 2017 00:00 962
Bu gün qatarlar pulsuz olacaq - YENİLİK

22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

Belə ki, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bak sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR