Məşhur türkiyəli müğənni Bakıda konsert verdi - FOTOLAR

Xəbərlər 23 May 2017 00:00 526
Məşhur türkiyəli müğənni Bakıda konsert verdi - FOTOLAR

Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günlərinə start verilib.

Seyyah.az-ın nun məlumatına görə, tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində baş tutub.

Ötən gün tədbir çərçivəsində türkiyəli müğənni Niran Ünsal paytaxtımızın qonağı olub. Yağışlı havaya baxmayaraq ifaçı mahnılar səsləndirib.

Bu gün də davam edəcək tədbirdə Burak Kut səhnəyə çıxacaq.

 
















Mənbə: qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR