Pul xərcləmədən dünyanı gəzməyin – 7 ÜSULU

Xəbərlər 23 May 2017 00:00 799
Pul xərcləmədən dünyanı gəzməyin – 7 ÜSULU

Ölkələri gəzmək həzzi elə də ucuz məşğuliyyət deyil. Ona  görə də heç də hər kəs bunu edə bilmir. Xoşbəxtlikdən,  ölkələri pul xərcləmədən də gəzmək imkanı verildi. Amma çox az səyahət sevər bu haqda məlumatlıdır. Seyyah.az  ölkələri pul xərcləmədən gəzməyin yollarını təqdim edir.

 

Couchsurfing

İnternetdə belə bir resusr var couchsurfing. Burada dünyanın müxtəlif yerlərindən, insanlar öz evlərinin ünvanlarını yerləşdirirlər. Onlar həmişə qonaq qəbul edir və hətta əcnəbi qonaqlarına şəhərlərini gəzdirirlər.

 

Help Exchange ( Kömək birjası)

Kömək birjasının  sayəsində özünüzə həm ev, həm də yemək əldə edə bilərsiz. Belə ki, müxtəlif ölkələrdə olan insanlar bu cür turistlərə iş təklif edirlər, əvəzində isə gecələməyə yer və yemək verirlər.

 

Tısbağa komandaları

Bu sayəhət növündə siz sadacə heyvansevərlər cəmiyyətinə qoşulmaqla  heç bir pul ödəmədən səyahət edə bilərsiz. Bəzi turistik adalarda tısbağalar və digər heyvan növlərinə baxıcı tələb olunur. Bu zaman öz xidmətinizi təklif edə bilərsiniz.

 

Gənclərin hərəkatı

Bu cür lahiyələrdə yalnız 30 yaşına qədər olan şəxslər iştirak edə bilərlər. Avropada qeyri-kommersiya  təşkilatlarına qoşulmaqla müxtəlif trayninqlərdə və proqramlarda iştirak etmək mümkündür. Sadəcə bu lahiyələr haqqında maraqlanmaq və sadəcə qoşulmaq lazımdır. Bu zaman gecələmək üçün pulsuz yer və yemək əldə etmiş olacaqsız. Hətta aviabilet pulunuzun 70 faizi də geri qaytarıla bilər.

 

United Nations Volunteers (BMT könüllüləri)

BMT-də könüllü olmaqla həm dünyanı gəzmək olar, həm də insanlığa yardım etmək olar.

 

Təbiəti könüllü qoruyanlar

Bu lahiyəyə qoşulanlar həm təbiətin qorunmasında iştirak edəcək, həm də səyahət etmiş olacaqlar.

 

WWOOF – Orqanik fermalarda işləmək imkanı

 

Sağlam həyat tərzini və  orqanik qidalara üstünlük verənlər bu cür fermalarda işləyə bilərlər. Amma  ev tapmaq üçün 6 saat orqanik fermada işləməniz gərəkdir. Bundan sonra yaşayış üçün ev də əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR