İtaliyada qədim saraylar turizm məkanına çevriləcək – PULSUZ

Xəbərlər 23 May 2017 00:00 1273
İtaliyada qədim saraylar turizm məkanına çevriləcək – PULSUZ

İtaliya höküməti ölkə boyu 103 tarixi binanı - sarayları, qalaları, monastrları, tavernaları və malikanələri əvəzsiz olaraq vətəndaşların nəzarətinə vermək barədə qərar qəbul edib. Başqa sözlə, daha çox turist cəlb etmək üçün tarixi məkanlar pulsuz paylanılır.

Seyyah.az  İtaliya mediasına istinadən xəbər verir ki, əmlak onu məhv olmaqdan qoruya biləcək şəxslərə veriləcək. Eyni zamanda onlar üçün digər tələblər də qoyulub. Tarixi binanı alan şəxs onun yaxınlığında hotel, restoran, mağaza və spa mərkəzlər qurmalıdır.

Şəxsi saraya sahib olmaq üçün müraciət edən şəxslər tarixi irsi hansı formada transormasiya edəcəkləri barədə plan təqdim etməlidirlər. Plan qəbul edilərsə, həmin saray və ya malikanə 9 il müddətinə onların mülkiyyətinə veriləcək. Müqavilənin vaxtı bitdikdən sonra onu eyni müddətə uzatmaq mümkündür. Bundan başqa daha da cəlbedici təklif var: tarixi binaları 50 illik icarəyə götürmək mümkün olacaq.

Qeyd edək ki, İtaliya hökumətinin maliknələri paylama proqramı “Turizmin inkişafı üçün stratejı plan” adlandırılıb. Hökümət ümüd edir ki, bu plan İtaliyanın turizm baxımından o qədər də populyar olmayan regionlarında turizmi inkişaf etdirəcək.

 

Mülklərə sahib olmaq üçün vətəndaşların müraciətləri iyunun 26-a kimi qəbul edilir. Əgər həmin tarixədək çatdırmasalar, təəssüflənməyəcəklər. İtaliya hökuməti gələcək iki il ərzində layihəyə daha 200 tarixi abidəni cəlb edəcək.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR