Türkiyənin “Onur Air” loukoster aviaşirkəti Trabzon-Bakı marşrutu ilə birbaşa reysləri işə salır. Trend-in şirkətə istinadən verdiyi məlumata görə, Bakıdan Trabzona ilk uçuş iyunun 17-si baş tutacaq. Hər iki istiqamət üzrə biletlərin dəyəri 99 avrodan başlayacaq. Uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Qeyd edək ki, daha əvvəl “Onur Air” İstanbul-Gəncə marşrutu ilə uçuşlar həyata keçirirdi.