Dubayda ilk gecə çimərliyi açıldı

Xəbərlər 23 May 2017 00:00 1451
Dubayda ilk gecə çimərliyi açıldı

Dubayda cimərlik sevənlərin rahatlığını təmin etmək üçün dənizdə gecə suyu işiqlandırılan ilk çimərlik açıldı. Seyyah.az xəbər verir ki, “Umm Suqeim Beach” artıq günorta saatlarından əlavə gecə çimərliyi kimi də fəaliyyət göstərəcək.

İşıqlandırmanın fərqləndirici xüsusiyyəti gün ərzində günəş panelləri və külək generatorlarından alınan enerjı ilə işıqlandırılmasıdır. Yəni, əslində bu çimərlik dünyada ilk 100%-lik ekoloji enerji mənbələri ilə işıqlandırılan üzgüçülük məkanıdır.

Qeyd edək ki, “Lootah” ərazisinin sahibləri əvvəllər insanlara gecə vaxtı təhlükəsizlik səbəblərinə görə üzməyə qadağan edirdilər. Lakin bu həftədən etibarək sakinlər çimərliyə sutkanın istənilən vaxtı gələ bilərlər.

 

Nümayəndələr, həmçinin, hesab edirlər ki, bununla insanlar günəşin qızmar olmadığı saatlarda da dənizdə rahat istirahət edə biləcəklər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR