5 elektron xidmət ləğv edilib

Xəbərlər 24 May 2017 00:00 702
5 elektron xidmət ləğv edilib

Mədəniyyət və Turizm Nazirliyinin təqdim etməli olduğu 17 elektron xidmətdən 5-i ləğv edilib.

Seyyah.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edib.

 

Bura mehmanxana, istirahət evləri, pansionlar və digər analoji yerləşdirmə obyektlərinin ballarının onlayn hesablanması, qeydiyyatı və kateqoriyaların verilməsi xidmətləri, kino üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi, şəhər, rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının onlayn təqdim edilməsi, fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların verilməsi və Mədəniyyət və Turizm Nazirliyinin CİS naviqasiya sistemi üzrə elektron xidmətlər daxildir.

OXŞAR XƏBƏRLƏR