Ən ucuz və orijinal dondurma hansı kafedədir – SİYAHI

Xəbərlər 24 May 2017 00:00 1672
Ən ucuz və orijinal dondurma hansı kafedədir – SİYAHI

İsti bir az vuran kimi bütün fikirlər dondurma ətrafında fırlanır. Mağazalarda bu ərzaqın növbənöv çeşidlərinə rast gəlmək olar. Amma arada elə olur ki, dondurmanın ən ağlasığmaz variantını istəyirsən. Bakıda “Baksin Robin” dondurma kafesi bağlanandan sonra, bir də bu cürünü nə vaxt yeyəcəm fikirləri məni hətta mətbəxdə buzla eksperimentlər etməyə vadar etdi. Eksperimentlərin uğursuz alınması nə qədər məni ruhdan salsa da, bu tip kafelərin yenidən açılması bir o qədər ruhlandırdı. Bu gün sizə Bakıda ən orijinal dondurma satılan məkanlardan danışacam.

#BubbleWaffleCafe

Bu kafe istədiyiniz çeşiddə vaflilər təqdim edir və ona dad qatan əlavələr çeşidinə nəzər yetirəndə, məsələn mənim gözlərim yaşarır: marmeladlar, şokoladlar, karamellər, M&M-lər, konfitürlar, jelelər, qurabiyələr, fındıqlar, meyvələr nə daha nələr... Burada siz arzunuzun dondurmasını məhz özünüz hazırlaya bilərsiniz. Deməli dondurma toplarını seçirsiniz, sonra üstünə ürəyiniz istəyən əlavələri qatırsınız.

Bu dondurmaların 100 qramının qiyməti 3 manatdır.

#Boombalambuz

“Boombalambuz” kafesinin menyusunda 5 növ dondurma təklif olunur:Banana&Chocalate, Brownie, Oreo, Citrus, Fruit. Bu məkanın xüsusiyyəti dondurmanın, şeyklərin qablaşdırımasıdır. İçindəkinin dadını da nəzərə alsaq, bu həzz sizi lap göylərə aparacaq.

Qiymət: 5-6 AZN

#MADOndurma

“Mado” restoranı bakılıların rəğbətini çoxdan qazanıb. Burada səhər yeməyindən tutmuş, nahar, şam, biznes-lunch-lar dadmağı sevənlər çoxdur. Lakin “Mado” öz desertləri ilə də məşhurdur. Dondurmalar da onun şahıdır. Dondurma üç çeşiddə təqdim olunur: kəsmə dondurma, mənim dondurmam və light (dietik) dondurma. Dondurmanın hər növü bir neçə dadda təqdim olunur. Ən eksklüzivi isə xüsusi qablaşdırmada meyvə, giləmeyvə və ya nutlarla əlavə olunaraq satılır.

Qiymət: 4 – 7.50 AZN

#CarrouselChocolatier

Burada dondurma top formasında vafli konuslarının içində təqdim olunur. Qeyd edək ki, bu şokolad butiki tez-tez master-klasslar təşkil edir. İnanıram ki, bu yay dondurma hazırlamaq üçün master-klass olacaq, mən ora gedəcəm və yeni eksperimentlərə start verəcəm.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR