Dünyanın yeddi möcüzəsindən birinin yerləşdiyi - BODRUMUN GÖRMƏLİ YERLƏRİ

Xəbərlər 26 May 2017 00:00 3562
Dünyanın yeddi möcüzəsindən birinin yerləşdiyi - BODRUMUN GÖRMƏLİ YERLƏRİ

Son illərdə Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu yay məkanlarının başında şübhəsiz Bodrum gəlir.

Seyyah.az bunu nəzərə alaraq şəhərin tarixini və gəzməli yerlərini oxucularına təqdim edir.

Şəhərin tarixi

Bodrum şəhəri Türkiyənin Muğla vilayətində yerləşir. Antik dövrdə şəhər Halikarnassos adlandırılıb. Burada doğulan “Tarixin atası” Heredota görə şəhər Dori tayfaları tərəfindən salınıb. Əsrlər boyu bir çox dövlətin əlinə keçən Halikarnassos nəhayət 1522-ci ildə Sultan Süleyman dövründə Osmanlı İmperiyasının tərkibinə qatılıb və Türkiyənin müstəqilliyindən sonra adı Bodrum olaraq dəyişdirilib.

Bodrum Egey və Aralıq dənizi iqlimlərinin sintezindən ibarət “mikro kondisioner” xüsusiyyəti daşıyır. Yay fəslində isti və quraqlıq, qışda isə ilıq və yağışlı hava hökm sürür. Şəhərdə 1970-ci ildən bu yana bir dəfə, 2004-cü ildə qar yağıb.

Bodrumun gəzməli yerləri

Bodrum qalası / Sualtı Arxeologiya Muzeyi

qala-min
Bodrum qalası

Qala 1406-1523-cü illər arasında Sent Con Cəngavərləri tərəfindən iki liman arasındakı qayalıq üzərində inşa edilib. Daxili qalaya 7 qapı keçdikdən sonra çatmaq mümkündür. Qapıların üzərində gerblər, onların üzərində xaçlar, düz və ya üfüqi lentlər, əjdər və aslan fiqurları əks olunub. Qalanın içərisində Sualtı Arxeologiya Muzeyi fəaliyyət göstərir. Burada türk hamamı, Şərqi Roma gəmisi, şüşə zalı, sikkə və cəvahirat zalı, Kariyalı Knyaginya otağı və digər əşyalar sərgilənir.

muzey-min
Sualtı Arxeologiya Muzeyi

Halikarnas mavzoleyi

3d-min
Tarixi Halikarnas mavzoleyi 3D formatda

Məqbərə Kariya padşahı Mavsolun şərəfinə onun dul arvadı Artemisyanın istəyilə e.ə. IV əsrin ortalarında tikilib. Antik dövrdə “dünyanın yeddi möcüzəsi”ndən biri sayılırdı. İçərisində Mavsol və Artemisyanın, həmçinin bir neçə at heykəli var idi. 1500 il ayaqda qalan abidə sonradan dağıdılır və bu gün Mavsolun və Artemisyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı “British Museum”da saxlanılır. Bu gün Bodrumda tikilinin izləri hələ də qalmaqdadır.

hali bu-min
Hazırda Halikarnas mavzoleyi

Antik Teatr

antik-tiyatro-min
Antik Teatr

Bodrumda antik dövrdən bu günə qədər gəlib çatan yeganə tikilidir. 3 əsas hissədən ibarət olan teatr 13 min nəfər tutuma malikdir. Restavrasiya olunan teatr hazırda muzey kimi, eyni zamanda festivallar zamanı istifadə edilir.

Mindos qapısı

myndoskapisi-min
Mindos qapısı

Bodrum yaxınlığında yerləşən bu qapı şəhərin iki əsas girişindən biri olub. Makedoniyalı İskəndər e.ə 333-cü ildə şəhəri mühasirəyə aldığı zaman bu qapıdan daxil olur və çətin müqavimətdən sonra Bodrumu ələ keçirərək hər şeyi məhv etdirir. Dövrümüzə qədər yalnız divarın uçqunları qalıb. Hazırda restavrasiya işləri aparılır.

Pedasa antik şəhəri

pedasa-min
Pedasa antik şəhəri

Şəhər Bodrum yaxınlığında yerləşir. Hazırda rəsmi adı Gökçələrdir. Ərazisində qədim qəbirlər var.

Bitez plyajı

bitez-holiday-min
Bitez plyajı

Bodrumun plyajları təbiiliyi və təmizliyi ilə seçilir. Xüsusilə burada Günəşin batmasını zövqlə izləyə bilərsiniz.

P.S. Bodrumu ziyarət edənlərin Gümüşlük və Yalıkavak qəsəbələrini, o cümlədən Bardakçı, Bağla, Aspat kimi kəndləri görməsini mütləq tövsiyə edirik.

gumusluk-min
Gümüşlük

Mənbə: Sey-yah

OXŞAR XƏBƏRLƏR