Bakı-İstanbul-Bakı - 50 kiloqram pulsuz baqaj

Xəbərlər 12 May 2014 00:00 1120
Bakı-İstanbul-Bakı - 50 kiloqram pulsuz baqaj

Türk Hava Yolları Bakı-İstanbul uçuşları üzrə yeni kampaniya elan edib. Səyyah.az-ın məlumatına görə, Bakı-İstanbul-Bakı biletinin qiyməti 291 avroya endirilib. Amma kampaniyanın ən mühüm cəhəti pulsuz yükün təqribən 2 dəfə artırılmasıdır. Belə ki, bu sərnişinlər 50 kiloqram yükü pulsuz apara biləcəklər.


Kampaniyaya qoşulmaq üçün biletlər 22 iyun tarixinədək alınmalıdır. Biletin uçuş tarixi isə 7 iyunla 29 iyun arasında olmalıdır. Gediş-gəliş tarixi arasında ən uzun müddət 7 gün olmalıdır.

OXŞAR XƏBƏRLƏR