Həftəsonu hara gedək? - TURLAR, QİYMƏTLƏR

Xəbərlər 27 May 2017 00:00 1923
Həftəsonu hara gedək? - TURLAR, QİYMƏTLƏR

Artıq iş həftəsi başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, həftə sonunu iş və ev mühitindən ayrılıb fərqli məkanda keçirmək olar. Yayıın gəlməsi  də səyahət etmək üçün xoş əhval-ruhiyyə yaradır.

Bəs həftəsonunu harada və necə daha maraqlı keçirmək olar?  Bu suala cavabı seyyah.az verir.

Həftəsonu  Turda.Az şirkəti fərqli gün keçirmək istəyənlər üçün bölgələrə 1 və 2 günlük turlar təşkil edir.

 

1 günlük turlar

 

Turaların siyahısı belədir:

28 May – Quba turu 20 manat

28 May, 29 May - Şəki-Qəbələ turu 23 manat

28 May - Masallı- Yardımlı turu 22 manat

28 May, 29 May - Lahıc turu 22 manat

Tura daxildir nəqliyyat restoranda səhər yeməyi  fotosessiya bələdçi xidməti çay süfrəsi  yolboyu əyləncələr və ekskursiyalar daxildir.

 

Turlara uyğun olaraq ekskursiyalar  aşağıda göstərilən istiqamətlərdə olacaq:

Şəki-Qəbələ turu: Şəki-xan sarayı, Karvansaray, Nohurgöl

Qəbələ turu : Nohurgöl, Tufandağ, Qəbələnd

Lahıc turu : Asma körpü, Şəlalə, Hacı Paşa evi, Lahıc qəsəbəsi

Masallı-Yardımlı turu : Təkdam şəlaləsi, İstisu

Quba turu: Qəçrəş meşəsi, Çənlibel gölü, Kütləvi məzarlıq, Qırmızı qəsəbə

Quba-Qusar-Laza turu : Laza şəlaləsi, Qəçrəş meşəsi, Qırmızı qəsəbə

 

2 günlük turlar

 

Qax-Şəki-Qəbələ

Turda.Az-ın təşkil etdiyi iki günlük turlar isə Qax-Şəki-Qəbələyədir. Turun müddəti 2 gün 1 gecədir. Tura nəqliyyat səhər yeməyi fotosessiya daxildir. Həmçinin tura 4 dəfə qidalanma daxildir. Turun qiyməti isə 79 manatdır. Tur 28-29 mayda baş tutacaqdır.

 

Mingəçevir –Göy-göl

Adıçəkilən şirkətin təşkil etdiyi digər bir iki günlük turu isə Mingəçevir –Göy-göl turudur. Turun müddəti 2 gün 1 gecədir. Tura nəqliyyat fotosessiya 2 dəfə qidalanma daxildir. Turun qiyməti isə 69 manatdır. Tur 28-29 mayda baş tutacaqdır.

Qeyd edək ki istər bir istərsə də iki günlük turlar zamanı muzeylərə giriş biletləri qiymətlərə daxil deyil. Bundan başqa Turda.Az qrup halında turda iştirak etmək istəyənlər üçün 10+1 kampaniyasını həyata keçirir. Belə ki, qrup halında turda iştirak edənlər 11-ci şəxs üçün pul ödəməyəcəklər.

 

Karting turu-Qəbələ

Onset travel  mayın 28-i Qəbələyə tur təşkil edir. Tura nəqliyyat səhər yeməyi gəzinti  çay süfrəsi  fotosessiya bələdçi xidməti daxildir. Turun qiyməti 22 manatdır. Qeyd edək ki kartinqdən istifadə qiymətə daxil deyil. Kartinqdən 10 dəqiqə istifadə isə adambaşına 6 manatdır. 

 

Məktəblilər üçün tur

İndi ibtidai sinif şagirləri tətildədir. Elə bu səbəbdən də turizm şirkətləri məktəbliləri də unutmayıblar. Belə ki, “Gerso travel” məktəblilər üçün həftəsonu turlar təşkil edir. Məktəbli turlarına aşağıdakı istiqamətlər daxildir.

 

Bakı və İçərişəhər Turu - 9 manat

Suraxanı Atəşgah Məbədi turu - 9 manat

Qobustan Turu - 10 manat

Binə Atçılıq Turu - 15 manat

Qala turu - 10 manat

Mərdəkan Qalasi və Dendra park turu - 10 manat

Qala - Atəşgah turu - 12 manat

Qala İnteraktiv turu - 18 manat

Zirə Eko Park Turu - 18 manat

Şamaxı turu - 19 manat

Quba Turu - 19 manat

Qəbələ turu - 20 manat

İsmayıllı turu - 20 manat

Qəbələ-Şəki turu - 22 manat

Quba - Qusar Laza turu - 22 manat

Qiymətə nəqliyyat, yalnız rayon turlarında səhər yeməyi, çay süfrəsi, fotosessiya, uşaqlar üçün muzeylərə giriş bileti daxidir. Müəllimələr və valideynlərin muzeyə girişi qiymətə daxil deyil.

Qrup turlarında minumum 18 nəfər iştirak etməlidir. 5 yaşa qədər uşaqlar və uşaqlarla iştirak edən qrup rəhbəri turda pulsuz iştirak edə bilər.  

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR