Bakıda hoteldə faciə - ÖLƏN VAR

Xəbərlər 27 May 2017 00:00 673
Bakıda hoteldə faciə - ÖLƏN VAR

Bakıda faciəli hadisə baş verib. Seyyah.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

 
Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR