İstanbulun məşhur körpüsü - Azərbaycan bayrağına bürünəcək

Xəbərlər 27 May 2017 00:00 637
İstanbulun məşhur körpüsü - Azərbaycan bayrağına bürünəcək

Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq.

Seyyah.az-ın "Report"a istinadən məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq. 

Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.

OXŞAR XƏBƏRLƏR