Bostona birbaşa uçmaq olacaq

Xəbərlər 13 May 2014 00:00 713
Bostona birbaşa uçmaq olacaq

Türk Hava Yolları (THY) ABŞ-ın Boston şəhərini birbaşa uçuşlara başlayıb. İndiyədək THY, ABŞ-ın  Çikaqo, Houston, Los-Anceles, Nyu-York və Vaşinqton şəhərlərinə reyslər həyata keçirirdi.


THY-nin sədr müavini Ahmet Polat, Bostona ilk etapda həftədə beş dəfə uçuş təşkil ediləcəyini, ancaq uçuş sayını yeni təyyarələrin alınması ilə  ən qısa müddətdə yeddiyə çıxaracaqlarını bildirib. O, THY-nin İdarə heyətinin San-Fransisko və Atlantaya da birbaşa reyslərin açılması üçün işlərə başladığını söyləyib.


Polat, “Boston tələbələr şəhəridir. Hindistandan, Pakistandan, Orta Şərqdən çoxlu tələbələr var. Bununla bərabər iş adamları da var. Bu baxımdan Bostondan ümidliyik”- deyə qeyd edib.

OXŞAR XƏBƏRLƏR