Rusiyanın “Uralskiye avialinii” aviaşirkəti may ayının sonlarından etibarən Sankt-Peterburq – Bakı reysi ilə uçuşlar həyata keçirməyə başlayacaq. Şirkətə istinadən verilən məlumata görə, birinci reys mayın 27-si baş tutmalıdır.
Uçuşlar həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Qeyd edək ki, “Uralskiye avialinii” bu marşrut üzrə uçuşların həyata keçirilməsi üçün icazəni bu ilin fevralında əldə etmişdi.
Mənbə: marja.az