May ayının 27-dən bütün müsəlman dünyasının müqəddəs ayı - Ramazan ayı başlayıb. İlin bu dövrünü oruc tutan dindarlarla yanaşı Bakıdakı restoranlar da gözləyir. Seyyah.az-ın məlumatına görə, Bakıda bəzi kafe və restoranlar artıq müştərilərə iftar və imsak menyuları təklif edirlər. İftar süfrəsi menyudan aslı olaraq adambaşı 10-20 manata başa gəlir.
Anadolu Restaurants & Catering
“Anadolu” restoranı bu Ramazan ayı öncəki illərdəki kimi müştərilərinə iftar menyusu təklif edir. Restoran müştərilərə iftar yeməklərini çatdırılma ilə təklif edir. Ramazan ayında salat, şorba, isti yemək, xurma, çörək və su daxil iftar menyusunun çatdırılma ilə 9.90 manata başa gəlir. Restoran imsak vaxtı üçünsə adambaşı 12 manatlıq açıq bufet təklif edir.
«Kolorit» restoranı
28-Mall ticarət mərkəzində yerləşən Kolorit restoranının iftar menyusuna 14 növ yemək, 5növ su, 3-növ meyvə və 6 növ çərəz aiddir. İftar menyusu adambaşına 18 manat təşukil edir.

Dafne restaurant
Burada həm imsak, həm də iftar menyuları təklif edilir: imsak 10 manat, iftar isə 18 manatdır.


Tonqal
Tonqal restoranı 20 manata iftar menyu təklif edir. Müştərilərə samovar çayı hədiyyə olunur.

«Bayramoğlu» restoranı
«Bayramoğlu restoranı»nın iftar menyusuna isə şorba, lavaşda dönər, mərci, xurma, su, çayla südlac daxildir. İftar süfrəsi 11,9 manata başa gələcək.

«Pit stop»
«Pit stop» restoranı da qonaqlarına iftar sürəsi təklif edir. İftar menyusuna xurma, pendir, zeytun, şorbalar, salatlar, isti yemək, içki və meyvə daxildir. Bir nəfərlik iftar süfrəsinin qiyməti 9.90 AZN-dir.

Nakhchivan Restaurant
Premium-klass restoranında iftar süfrəsi bir o qədər də baha deyil – 25 manat.

ManqalDoner
Fast-food sevərlər üçün həmçinin Ramazan ayı boyunca iftar vaxtı menyuya 20% endirim elan olunub.

Tarihi Sultanahmet Köftecisi Selim Usta
Türk mətbəxinin təmsilçisi bu ildə iftar menyusu tərtib edib. Qiymətlər 11.50 – 13.50 manat arasında dəyişir.


“Bir İstanbul Masalı”
“Bir İstanbul Masalı” restoranı isə həmçinin Ramazan ayı boyu iftar menyusuna 30% endirim təklif edir.

MADO Azərbaycan
Mado iftar və imsak vaxtı açıq bufet təqdim edir. Sahur zamanı bufetdə şorba, pizza, kükü, qəlyanaltılar, çərəzlər və içəcəklər təqdim olunur. İftar bufetinə isə şorbalar, salatlar və məzələr, əsas yeməklər, desertlər və içəcəklər daxildir. İmsak menyusu – adambaşı 12 manat, iftar menyusu isə 22 manata başa gəlir.
«Özsüt Baku»
Özsüt Baku Ramazan ayında müştərilərə açıq bufet xidməti təklif edir. İmsak menyusunun qiyməti 12, iftar isə 18 manatdır. Qeyd edək ki, 7 yaşa qədər uşaqlar üçün yeməklər pulsuz, 7-12 yaş arası uşaqlar üçün 50% endirimlə təklif edilir.

Mənbə: fins.az