"World Life Experience" işçi axtarır - MAAŞ 2500 AVRO

Xəbərlər 31 May 2017 00:00 1351
"World Life Experience" işçi axtarır - MAAŞ 2500 AVRO

World Life Experience lahiyəsinin yaradıcıları 12 nəfər işçi axtarırlar. Seyyah.az təşkilatın saytına istinadən xəbər verir ki, işçilərin əsas işi dünya ölkələrini gəzmək olacaq. Aylıq əmək haqqı  isə 2500 avrodur.

World Life Experience 6-sı kişi 6-sı isə qadın işçilərdən ibarət heyət yaratmaq fikrindədir. İşə götürüləcək şəxslərin yaşı  20-35 yaş  arasında olmalıdır. Bir il ərzində bu komanda 40-dən çox ölkədə olmalıdır. Bu siyahıya Avropa ölkələri ilə yanaşı Afrika ölkələri də daxildir.

Adı çəkilən təşkilatı tənıdan işçilərin, işi gəzdikləri ölkə haqqında xatirələr yazmalı və təşkilatın internet saytında video və fotolar yerləşdirməlidir. Bundan başqa şirkətin nümayəndələri yerli sosial tədbirlərdə iştirak etməli və xeyriyyəçiliklə mşğul olan təşkilatlarla birlikdə fəaliyyət göstərməlidirlər.

İşçilərin səyahət xərcləri World Life Experience tərəfindən qarşılanacaqdır. İşlə bağlı sənədlərin qəbulu 30 iyuna-dək davam edəcək. Lahiyə isə sentyabr ayının ortalarından etibarən işə başlayacaq.

Müraciət etmək istəyənlər aşağıdakı linkdən faydalana bilərlər.   

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR