1 iyun Beynəlxalq Uşaqların Müdafiəsı günü münasibəti ilə Milli Turizm Təbliğat Bürosu və Moda Art M.Ə.Sabir adına bağda “Artland” adlı uşaq incəsənət festivalı keçirəcək. Tədbirdə uşaqlar üçün müxtəlif ödənişsiz və ödənişli əyləncəli fəaliyyətlər təşkil olunacaqdır. Tədbirin məqsədi uşaqlar arasında incəsənətə maraq yaratmaq və onlara incəsənətlə məşğul olmağı aşılamaqdır. Tədbirdə arzu edən hər kəs iştirak edə bilər.
Tədbirin açılışı 10:00-da olacaq. Tədbir boyu maraqlı oyunlar və maraqlı yarışlar keçiriləcək.