"Miss Globe Azerbaijan” seçim turlarına start verilir

Xəbərlər 13 May 2014 00:00 1344
"Miss Globe Azerbaijan” seçim turlarına start verilir

İyunun 21-də Bakıda CRYSTAL HALL-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna  start verilib.  Seyyah.az xəbər verir ki, sənədlərin qəbulu mayın 16,17, və 18-i “Kempinski” otelin  6-cı mərtəbəsində yerləşən “Possedion” restoranında aparılacaq.

 

Müsabiqənin 89-cu finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna  gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər.  Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə “Kempinski” otelin  6-cı mərtəbəsində yerləşən “Possedion” restoranındakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq lazımdır. “Miss Globe İnternational- Azerbaycan”  adına layiq görüləcək iştirakçının adı mayın 25-də məlum olacaq.


“Miss Globe Azerbaijan” Gözəllik Yarışması MERAC” production və SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı , dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları”nın (Khazar İslands) baş sponsorluğu ilə baş tutacaq.

 

 

OXŞAR XƏBƏRLƏR