“Pegasus”dan 40 dollara Avropaya ucuz biletlər

Xəbərlər 31 May 2017 00:00 1173
“Pegasus”dan 40 dollara Avropaya ucuz biletlər

Türkiyənin aşağıbüdcəli hava yolları şirkəti “Pegasus Airlines” 2018-ci ilin qış fəsli üçün endirim kampaniyası elan edib.

Seyyah.az-ın məlumatına görə, endirim kampaniyası 906 min 404 yeri ehtiva edir.

Kampaniya çərçivəsində biletlər 28 may – 11 iyun 2017-ci il tarixinə kimi şirkətin saytından (flypgs.com) və ya mobil tətbiqetməsindən alınmalıdır.

Uçuşlar isə 29 oktyabr 2017 – 24 mart 2018-ci il tarixinə kimi nəzərdə tutulub.

Endirim kampaniyası çərçivəsində Türkiyə daxili uçuşlar 29,99 lirədən (14 AZN), xarici ölkələrə isə 39,99 dollardan (68 AZN) başlayır.

Biletlər birbaşa uçuşlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Pegasus Airlines” Qəbələdən uçuşlar həyata keçirsə də, endirim kampaniyası bu hava limanına şamil edilməyib.

Mənbə: Sey-yah

OXŞAR XƏBƏRLƏR