İspaniyada magistr təhsili – TƏQAÜDLƏ

Xəbərlər 31 May 2017 00:00 1365
İspaniyada magistr təhsili – TƏQAÜDLƏ

Barselona İqtisadiyyat İnstitutu magistratura təhsili almaq istəyən tələbələr üçün təqaüd proqramı təklif edir. Proqram xarici  tələbələr üçün nəzərdə tutulub. Seyyah.az xəbər verir ki, proqrama müraciət üçün son tarix  25 iyun müəyyən edilib. 

Təqaüd dəyəri tam və ya qismən - 75%, 50%, 25% olaraq qarşılanır. İxtisasca İqtisadiyyat və Maliyyə, İqtisadi Təhlil və Data Science (Verilənlər elmi) üzrə təhsil almış şəxlər müraciət edə bilərlər. İnstitut İspaniyanın Barselona şəhərində yerləşən tədqiqat mərkəzidir.

Tələblər

Bakalavr dərəcəsi

İqtisadiyyat, Maliyyə, Mühəndislik, Riyaziyyat, Statistika və ya Biznesin İdarəedilməsi üzrə bakalavr diplomu

Transkript

CV

GRE imtahan göstəricisi

Ingilis dili (IELTS-6.5 və ya TOEFL-90)

Daha ətraflı aşağıdakı linkdən məlumat əldə edə bilərsiz.

http://www.barcelonagse.eu/scholarships-and-financial-aid

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR